• $
  • £

İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib

İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib
11.04.2023 21:25
İtaliya hökuməti miqrant axını və cənub bölgələrinin onları qəbul edərkən yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Mülki müdafiə və dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurasının iclasında 6 ay müddətinə 5 milyon avronun ayrılmasını nəzərdə tutan müvafiq qərar qəbul edilib.

Qeyd olunub ki, belə bir addım Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının artması ilə əlaqədar təcili tədbirlərin görülməsi zərurəti ilə diktə olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfə çoxdur. Təkcə aprelin 7-dən 10-dək olan müddətdə Aralıq dənizində Kalabriya və Siciliya sahillərində aparılan əməliyyatlar zamanı 3 minə yaxın insan qurtarılıb. Afrika ölkələrindən gələn miqrantların çox hazırda Tunisdən gəlir, buradan siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən bir neçə on mil uzaqlıqda yerləşən İtaliyanın cənub sahillərinə gedişlər dəfələrlə artıb.

Hazırkı İtaliya hökuməti qarşısına birinci növbədə qanunsuz daşımaların qabaqlanması vasitəsilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə vəzifəsi qoyub. Bundan əlavə, rəsmi Roma miqrantların çıxdığı ölkələri ilə işləmək niyyətindədir və həmçinin Avropa İttifaqından (Aİ) konkret cavablar gözləyir. Miqrasiya siyasətinin vahid xətti ilə bağlı məsələ artıq ertələnib və gözlənildiyi kimi, yalnız iyun sammitində müzakirə olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol