Palata pozuntular aşkar edilən qurumların adını açıqlamalıdır ki, digərləri nəticə çıxarsın
Hesablama Palatası pozuntular aşkar edilən qurumların adını açıqlasa, bu digər təşkilatların da dərs olar. Bunu Milli Məclisin İqtisadiyyat,siyasət və sənayə komitəsinin aprelin 12-də keçirilən komitə iclasında deputat Rüfət Quliyev Hesablama Palatasının 2022-ci il hesabatına münasibət bildirərkən deyib.
"Hesablama Palatası pozuntular üzrə aiddiyatı prokurorluq orqanlarına müraciət edir. Bəs sonra? Niyə məhkəmənin nəticələri açıqlanmır? Hesab edirəm ki, nəticələr açıqlansa bu digər təşkilatlara da dərs olar. Çünki hər il pozuntuların artığını müşahidə edirik. Bu da ondan xəbər verir ki, audit yoxlamaları təkilatlar nəzərə almır", - Quliyev bildirib.
Hesablama Palatasının 2022-ci il hesabatına görə Baş Prokurorluğa 4 nəzarət tədbiri üzrə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) 2 nəzarət tədbiri üzrə müraciət edilib.
Gülnar Nazimqızı
www.anews.az