Yazıçı Eduard Bağırov vəfat edib
Yazıçı, jurnalist Eduard Bağırov 47 yaşında vəfat edib. Bu barədə Rusiya mediasında məlumat yayılıb.
Yaxınlarının sözlərinə görə, son bir həftədə Bağırov komada olub. Onda orqan çatışmazlığının yarandığı bildirilir.
Bağırov yazıçı, publisist, "Qastarbayter", "Aşiqlər", "İdealist" romanlarının müəllifidir.
1975-ci ildə Türkmənistanda anadan olub, onun atası azərbaycanlı, anası isə rusdur.1994-cü ildə Moskvaya köçüb.
2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində Bağırov Vladimir Putinin etibarlı adamı olub, 2016-cı ildə yazıçı "Rusiya Vətənpərvərləri” partiyasından Dövlət Dumasına namizəd olub.
2015-ci ildə Bağırov kütləvi iğtişaşların təşkilində və mütəşəkkil cinayətkar qruplaşmada iştirakda ittiham olunduğu Moldovada qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Müstəntiqlərin fikrincə, o, 2009-cu il parlament seçkiləri zamanı təxribat xarakterli materialların yazılmasında iştirak edib, bundan sonra KİV-də "Twitter İnqilabı” adını alan Kişinyovda etirazlar başlayıb.
Bağırov Moldovada qiyabi mühakimə olunub, çünki o, qalmaqallı şəraitdə 2011-ci ilin payızında ev dustaqlığında olduğu ölkədən qaça bilib. Onun özü bildirib ki, onu Kişinyovdan Tiraspol vasitəsilə Odessaya avtomobilin yük yerində aparıblar, oradan bloger Rusiya pasportu ilə Moskvaya uçub.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox