Baxmutda son durum - ağır döyüşlər gedir, “Vaqner” muzdluları məğlubiyyətə uğrayır
"Rusiya Baxmutda nizami qoşundan istifadə etməyə məcburdur. Çünki "Vaqner” muzdlu hərbi təşkilatı uğursuzluğa uğrayır, işinin öhdəsindən gələ bilmir”. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, Baxmutda vəziyyət gərgindir: "Şəhərdə küçə döyüşləri gedir”.
S.Çerevatı Baxmutun nə qədər ərazinin Rusiyanın nəzarətində olduğunu açıqlamayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox