• $
  • £

Ukraynada bərpa işləri Rusiyanın hesabına maliyyələşə bilər

Ukraynada bərpa işləri Rusiyanın hesabına maliyyələşə bilər
14.04.2023 12:24
ABŞ Rusiya oliqarxlarından müsadirə edilmiş əlavə qanunsuz aktivlərdən Ukraynada bərpaya yardım üçün istifadə etmək imkanını nəzərdən keçirir, bu barədə cümə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.

Dövlət katibinin müavini Viktoriya Nulandın sözlərinə görə, Rusiya Mərkəzi Bankının 300 milyard dollar ölçüsündə dondurulmuş aktivləri ilə bağlı müzakirələr davam edir.  

Bayden administrasiyası Rusiyanın təcavüzü başa çatdıqdan sonra Ukraynanın bərpasına 400 milyard dollar ölçüsündə maliyyə dəstəyi göstərməyə və ölkəni Avropa enerji istehsalının yeni mərkəzinə çevirməyə çalışır.

"Biz Ukrayna şəhərlərinə, qəsəbələrinə və kəndlərinə kömək edəcəyik ki, köçkün düşmüş insanlar qorxusuzca evlərinə qayıda, doğmalarına qovuşa, öz müəssisələrinə, fermalarına qayıda və dinc demokratik gələcək qurmağa başlaya bilsinlər", deyə Nuland ABŞ Ticarət Palatasında çıxışında bildirib. 
"Amerika xalqı Ukraynaya hədsiz hərbi, iqtisadi və humanitar dəstək göstərib", - deyə Nuland qeyd edib.

"Biz Rusiyanın dağıtdığı hər şeyin əvəzini ödəməyə kömək etməsi üzərində işləyirik. Bizim işimiz təkcə Putinin cinayət yolu ilə məhv etdiklərini bərpa etməkdən ibarət deyil. Söhbət Ukraynanın tam müasirləşməsindən və dirçəlməsindən gedir", - deyə o vurğulayıb. 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol