• $
  • £

Xələf Xələfov Avstriyaya işgüzar səfər edib, siyasi məsləhətləşmələr keçirilib

Xələf Xələfov Avstriyaya işgüzar səfər edib, siyasi məsləhətləşmələr keçirilib
07.05.2023 12:07

5 may 2023-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avstriya Respublikası Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub.

XİN-dən verilən məlumata görə, siyasi məsləhətləşmələrdə Avstriya nümayəndə heyətinə bu ölkənin Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin İkitərəfli məsələlər və Avropa İttifaqının ümumi xarici siyasəti üzrə baş direktoru, siyasi direktor Greqor Kössler rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün geniş potensial imkanları vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib. Müzakirələr zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində ölkəmizin səyləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, habelə Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hoffer, Avstriya Parlamentinin Avstriya – Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri və Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru və Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə də görüşlər keçirilib.

Avstriya Parlamenti Milli Şurasının üçüncü sədri Norbert Hofer ilə keçirilmiş görüşdə iki ölkə arasında parlamentlərarası sahədə münasibətlər müzakirə edilib, parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. Görüş əsnasında qarşı tərəfə Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səylər və addımlar barədə ətraflı məlumat təqdim edilib.

Avstriya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə Dostluq Qrupunun üzvləri ilə görüşdə parlamentlərarası əməkdaşlığın inkişafı üçün müvafiq dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, eləcə də Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşma prosesi haqqında məlumat təqdim edilib, regiondakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin İqtisadi Məsələlər, İnnovasiyalar və Beynəlxalq Siyasət üzrə baş direktoru, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Florian Frauşer ilə keçirdiyi görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, əməkdaşlığın inkişafı üçün Qarışıq Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol