• $
  • £

"Tərtər işi" üzrə 3 nəfərə təzminat ödənəcək - Məbləğ

26.05.2023 17:04
"Tərtər işi” üzrə 5 il həbsdə qalan hərbçilərindən üç nəfərinə 361 min təzminat ödənəcək. Bu barədə APA agentliyi yazıb. 

Bildirilib ki, Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda bəraət almış Müşfiq Əhmədliyə mənəvi ziyana görə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat – ümumilikdə 123 min 486 manat təzminat ödənilməsi qərara alınıb.
 
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.

Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.

25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.

Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.

Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Cəmiyyət 10:36
2027-ci ildə mediaya 68,5 milyon manat ayrılacaq
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Cəmiyyət 18:30
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Cəmiyyət 18:24
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol