Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
Görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Son xəbərlər
Daha çox