• $
  • €
  • ₽
  • ₺
  • £

BOKT-lərin aktivləri son illərdə 2-3 dəfə artıb

BOKT-lərin aktivləri son illərdə 2-3 dəfə artıb
28.10.2026 10:04

2022–2026-cı illər üzrə maliyyə sektorunun inkişafı strategiyasının icrası dövründə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının aktivləri iki-üç dəfə artıb. Bunu Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev bildirib.


Əliyev deyib ki, Mərkəzi Bankın maliyyə sektorunun inkişaf strategiyasında və mikromaliyyə modeli üzrə strateji çərçivəsində sektorun institusional əsaslarının gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi prioritet kimi müəyyən edilib. BOKT-lər haqqında qanunvericiliyə dəyişikliklər paketi üzərində iş davam edir, həmçinin bu təşkilatlar üçün korporativ idarəetmə standartlarının layihəsi hazırlanıb.


“Mikromaliyyənin əsl dəyəri kreditin həcmi ilə deyil, maliyyələşdirilən iqtisadi imkanların dayanıqlılığı ilə ölçülməlidir”, – Əliyev bildirib.

 

O, mikromaliyyəni maliyyə sektoru ilə real iqtisadiyyat arasında körpü kimi xarakterizə edib və sektorun investorların vəsaitləri, eləcə də alternativ maliyyələşmə kanalları hesabına dayanıqlı inkişafının vacibliyini vurğulayıb.


Mərkəzi Bank sədrinin müavininin sözlərinə görə, investorların etimadını qorumaq üçün şəffaf hesabatlılıq, sağlam korporativ idarəetmə, risklərin etibarlı qiymətləndirilməsi və aydın tənzimləyici çərçivə lazımdır. O, maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2032-ci illər dövlət proqramının mikromaliyyə sektorunun gündəliyindəki əhəmiyyətini də artırdığını deyib.


Əliyev rəqəmsal kanalların xidmət xərclərini azaltmağa və regionlarda maliyyə xidmətlərinə çıxışı yaxşılaşdırmağa kömək etdiyini bildirib. Alternativ məlumatlar kiçik sahibkarların ödəmə qabiliyyətini daha düzgün qiymətləndirməyə imkan verir. “Əsl maliyyə inklüzivliyi eyni məhsulu bütün müştərilərə təqdim etməkdən ibarət deyil. Müştərilərin ehtiyaclarına uyğun maliyyə xidmətləri yaratmaq lazımdır”, – o deyib.


Bununla yanaşı, Əliyev rəqəmsal həllərlə yanaşı ənənəvi xidmət kanallarının da əlçatan qalmasının vacibliyini qeyd edib. Xüsusilə regionlarda yaşayan və rəqəmsal bacarıqları məhdud olan müştərilərin xidmətlərdən istifadəsi nəzərə alınmalıdır.


O, kibertəhlükəsizlik, texnoloji dayanıqlılıq və risklərin idarə edilməsinə çəkilən xərclərin investisiya kimi qiymətləndirilməli olduğunu bildirib. Əliyevin sözlərinə görə, bu tədbirlər müştəri məlumatlarının qorunması, xidmətlərin fasiləsizliyi və BOKT-lərə ictimai etimad üçün vacibdir.

 

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
İqtisadiyyat 10:30
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol