• $
  • €
  • ₽
  • ₺
  • £

Sankt-Peterburqda Nizami Gəncəviyə həsr edilmiş xatirə gecəsi

Sankt-Peterburqda Nizami Gəncəviyə həsr edilmiş xatirə gecəsi
29.05.2020 06:37
Martın 13-də Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburqun İctimai Palatası və Ümumdünya Peterburqlular Klubunun birgə təşiklatçılığı ilə 1941-ci ilin oktyabr ayında Leninqradın faşistlər tərəfindən blokadada saxlanılması zamanı Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir.AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğun əməkdaşları, rusiyalı alim və ziyalılar, ictimai və siyasi xadimlər, Azərbaycan diasporu üzvləri, tələbə və gənclər, mətbuat nümayəndələri iştirak etmişlər.Ermitajın baş direktoru Mixail Piotrovskiy çıxış edərək 1941-ci ilin oktyabr ayında soyuq hava və aclığa baxmayaraq Leninqradın alim və ziyalıları tərəfindən Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş elmi konfransın keçirilməsini dahi şairə göstərilən dərin hörmət əlaməti kimi qeyd etmişdir.Tədbirdə çıxış edən Baş konsul Elşad Qulamov Nizami Gəncəvinin həyat və yaradıcılığından məlumat vermiş, Sankt-Peterburqda ilk dəfə olaraq 2002-ci ilin iyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə dahi şairə ucaldılmış abidədən söz açmışdır. 2011-ci ildə abidənin yerləşdiyi bağda Heydər Əliyev Fondu tərəfindən aparılan abadlıq işləri barədə məlumat vermişdir.Xatirə gecəsi musiqili-poetik proqramla davam etmişdir. Proqram çərçivəsində Nizami Gəncəvinin şerlərindən misralar oxunmuş, incəsənət elmləri doktoru tanınmış tar ustası Faiq Çələbi Azərbaycan milli musiqi parçalarını ifa etmiş, o cümlədən, Peterburq artistləri tərəfindən “Məhəbbət hekayəsi” adlı rəqs miniatüru qonaqlara təqdim edilmişdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol