• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz"də yeni kəşfiyyat quyusunun qazılması 2024-cü ilə kimi bitəcək

31.05.2023 16:40
2023-cü ilin sonuna qədər BP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında yeni "SDX-8" kəşfiyyat quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə BP Azərbaycan şirkətinin prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

"Şahdəniz"də kəşfiyyat qazma proqramı 12 aya nəzərdə tutulub. Quyu "Şahdəniz” yatağının əvvəllər işlənilməmiş hissəsində  qazılır. Geoloji və texnoloji xüsusiyyətləri nəzərə alsaq, bu proses kifayət qədər vaxt aparacaq və bu ilin sonundan tez olmayaraq başa çatacaq”, - BP-nin Xəzər və Yaxın Şərq regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib. 

SDX-8 quyusunun qazılması Heydər Əliyev adına yarımdalma qazma qurğusunu ilə həyata keçirilir. Quyunun dərinliyinin 7 min metrə yaxın olacağı güman edilir.

Qazma nəticələri uğurlu olarsa, SDX-8 quyusu hazırda yatağın şərq qanadında istismar olunan layların altındakı daha dərin horizontların qazma göstəriciləri, hasilat imkanları və qaz resurs potensialı haqqında daha aydın təsəvvür yaradacaq.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və "Cenub Qaz" QSC Dehlizi” (6,67%).

"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

2022-ci ildə "Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci illə müqayisədə 11,5% artım ) və 4,4 milyon ton kondensat (4,8% artım) hasil edilib.

2022-ci ildə "Şahdəniz"dən qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (18,1% artım) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol