• $
  • €
  • ₽
  • ₺
  • £

“Şimal-Cənub” nəqliyyatı artıb - Azərbaycandan keçən payı yüksəkdir

“Şimal-Cənub” nəqliyyatı artıb - Azərbaycandan keçən payı yüksəkdir
05.06.2023 14:43
2023-cü ilin yanvar-mayda Şimal-Cənub İTC üzrə dəmir yolu daşımaları 40%-dən çox artaraq 4 milyon tona çatıb. Bu barədə "Kommersant” yazıb.

"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BHT) üzrə yanvar-mayda daşınmalar 41,8% artaraq 4 milyon ton təşkil edib. Əsas pay Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb - 3,6 milyon ton (artım 37,9%). Digər dəhlizlərdə dinamika daha yüksək olsa da, yükdaşımaların həcmi azdır.

Nəşr qeyd edib ki, şərq marşrutu üzrə hərəkətin artması bir sıra üstünlüklərlə bağlı olub. Məsələn, ötən ilin sonunda Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu üzrə konteyner daşımalarına 20% endirim tətbiq edilib.

Analitiklər hesab edirdilər ki, Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda artım davam edəcək. Nəzərə alsaq ki, Qərbdən malların tədarükünə qoyulan məhdudiyyətlər ancaq arta bilər, bu istiqamətdə yüklərin daşınmasına tələbat artacaq. Bir sıra infrastruktur məhdudiyyətlərinə baxmayaraq, artım Rəşt-Astara hissəsinin tikintisi başa çatana qədər davam edəcək.

Mayın 17-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun işə salınması qlobal nəqliyyat axınını şaxələndirəcək.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol