• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ildə BTC ilə 1,1 milyon ton Qazaxstan nefti nəql ediləcək - Şahbazov

2023-cü ildə BTC ilə 1,1 milyon ton  Qazaxstan nefti nəql ediləcək - Şahbazov
09.06.2023 12:11
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ildə Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə neft nəqlinin həcmi 1,125 milyon ton təşkil edəcək.

"Biz Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinlə ticarət-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı səmərəli müzakirələr apardıq. 2023-cü ildə Qazaxıstan neftinin BTC ilə nəqlinin həcminin 1,125 milyon ton təşkil edəcəyi planlaşdırılır”, - deyə Şahbazov "Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Şahbazovun Qazaxıstanda işgüzar səfərdə olduğu bildirilirdi.

BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun 443 km-i Azərbaycanda, 249 km-i Gürcüstanda, 1076 km-i Türkiyədədir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.

Layihə iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR-ın nefti və kondensat nəql edilir. 
 
2022-ci ildə BTC neftinin ixracı 225,445 milyon barel təşkil edib (2021-ci ildən 12,6% çoxdur).
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol