• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır

Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
02.10.2026 14:52

Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplara daxildir, yoxsulluq əsasən kənd yerlərində cəmləşib. Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Roland Prays Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan və Gürcüstanda iqtisadi artım əsasən paytaxtda və yüksək bacarıq tələb edən İKT və maliyyə sektorlarında cəmləşib. Orta təhsildən yuxarı təhsili olmayan və ya aşağı məhsuldarlıqlı və qeyri-rəsmi məşğulluqda qalan işçilər üçün keyfiyyətli iş yerlərinin yaradılması əsas çağırış olaraq qalır.

Prays bildirib ki, Gürcüstanda əhalinin 46%-i gündə 8,3 ABŞ dollarından az vəsaitlə yaşayır.

“Azərbaycan həqiqətən karbohidrogenlərə diqqət yetirir, digər ölkələrdə isə əhəmiyyətli artım var, lakin yoxsulluğun azaldılması hələ də problem olaraq qalır”, -  o qeyd edib.

Onun sözlərinə görə, region ölkələri üçün uzunmüddətli əsas çağırış daha çox investisiya və məhsuldarlığın təmin edilməsi, iqtisadiyyatın yeni artım mənbələri hesabına şaxələndirilməsi və insanlar və biznes üçün daha yaxşı imkanların yaradılmasıdır.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol