• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər

Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
02.10.2026 15:33

 

Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsinin diferensial qaydada həyata keçirilməsi gözlənilir. Bu dəyişiklik təxminən 1,1 milyon vətəndaşı əhatə edə bilər.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur.

“İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq”, - deyə deputat bildirib.

V.Bayramovun sözlərinə görə, nəzərdə tutulan artımlar növbəti sosial paketin gələn ilin əvvəlində reallaşdırılması deməkdir.

Deputat bildirib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması mütəmadi xarakter alacaq. Onun sözlərinə görə, 2027-ci ilin fevralına qədər minimum əməkhaqqının artırılması gözlənilir.

V.Bayramov əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsait ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu, 18,5 milyard manatdan çox vəsait deməkdir.

“Bu, yeni sosial paketin anonsudur”, - deyə deputat vurğulayıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol