• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti istefa verib

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti istefa verib
23.06.2023 15:43
İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.

Bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

Rəhimov bu qərarı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti vəsifəsinə namizədliyi ilə bağlı qəbul etdiyini bildirib: "İyunun 30-da Portuqaliyada IBSA-nın növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Seçiləcəyim təqdirdə fəaliyyətimi dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün hazırkı vəzifəmdən istefa verirəm".

Rəhimov işində ona kömək və dəstək olan hər kəsə, bütün məşqçilərə və idmançılara təşəkkür edib.
 
"Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına minnətdaram. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm".

İyulun 7-də Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək və orada quruma yeni prezident seçiləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol