• $
  • €
  • ₽
  • ₺
  • £

Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli oldu

Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları bəlli oldu
06.07.2023 18:18
İyulun 1-2-də baş tutan "Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinal mərhələsində iştirak edən 333 namizəddən 109 nəfəri final mərhələsində mübarizə aparmağa haqq qazanıb.

Ümumilikdə Bakı üzrə 73, regionlar üzrə 36 nəfər iştirakçı final mərhələsinə vəsiqə qazanıb. Onlardan 87 nəfəri kişi, 22 nəfəri isə qadındır.

Finalçılar arasında həm beynəlxalq, özəl və dövlət şirkətlərində, həm də QHT-də çalışan namizədlər yer alır. Finalçılardan 21-30 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66 nəfəri ötən illərin "Yüksəliş” müsabiqəsi iştirakçılarıdır.

Yarımfinal ərzində iştirakçılara 8 keys təqdim olunur və onlar 2 gün ərzində 4 fərqli komandada yarışırlar. Bununla da hər bir namizəd iki gün ərzində 4 ekspert tərəfindən qiymətləndirilmiş olur. Bu da öz növbəsində şəffaf qiymətləndirilmənin həyata keçirilməsinə imkan yaradır.

Final mərhələsinə keçid balı 17 bal təyin olunub.

Müsabiqənin son - final mərhələsində iştirakçılar 2 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq.

"Yüksəliş” müsabiqəsinin final mərhələsi 15-17 iyul tarixlərində "Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq.

17 fevral 2023-cü ildə qeydiyyatına start verilən "Yüksəliş” müsabiqəsinə 13 474 iştirakçı müraciət edib. "Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Növbəti, sayca üçüncü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol