ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqları dəstəklədiyini təsdiqləyib
ABŞ Azərbaycan və Ermənistan arasında olan danışıqları dəstəklədiyini təsdiqləyib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
"Növbəti Ermənistan-Azərbaycan görüşü Vaşinqtonda keçiriləcəkmi?” sualına Miller ətraflı məlumat verməkdən yayınıb.
Xarici işlər nazirləri səviyyəsində Ermənistan-Azərbaycan danışıqlarının əvvəlki raundu iyunun 27-29-da Vaşinqtonda baş tutub.
İyunun 16-da Ermənistanın baş naziri bildirib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistanın liderlərinin görüşü gözlənilir.
Bundan əvvəl, mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Son xəbərlər
Daha çox