• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub

Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub
08.08.2023 10:34
Avqustun 7-də "Gülüstan” sarayında "Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023” layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək dövlətimizin gənclər siyasətindən söhbət açıb.

Mədəniyyət nazirinin müavini, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu sessiyanın yaddaqalan olacağına əminliyini ifadə edib:

"Sessiyanın tarixi məqamı Azərbaycanın qədim şəhəri olan, ölkəmizin mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin bu il türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə üst-üstə düşməsidir. Bu məqamı nəzərə alaraq sessiya zamanı mədəni müxtəlifliyimizi nümayiş etdirməyə çalışacağıq”.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını vurğulayıb. O, bu istiqamətdə Gənclər və İdman Nazirliyi, eləcə də digər qurumlarla həyata keçirilən müxtəlif layihələrdən söhbət açıb.

Tədbirdə Herti İdarəetmə məktəbinin professoru Marina Henke, "Veysəloğlu” şirkətlər qrupunun baş icraçı direktoru Burak Deniz, Avropa Gənclər Parlamentinin Beynəlxalq Ofisinin icraçı direktoru Anya Suprunenko, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının Baş Təşkilatçıları Rüfət Mir Feyzullazadə və Güldanə Dadaşova, sessiyanın redaktoru Aylin Ələkbərli, sessiyanın prezidenti Realdo Silaj çıxış edərək sessiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, sessiyanın əsas mövzusu təhsildir və Avropa Gənclər Parlamentinin təmsil etdiyi birlik və əməkdaşlıq ruhunu nümayiş etdirir.
Qeyd edək ki, şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.

Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən nümayəndə qismində qatılan 265 gəncin iştirakı ilə həyata keçirilən səkkiz günlük sessiyada fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada Mədəniyyət və Təhsil, Məşğulluq, Təhlükəsizlik, Beynəlxalq Ticarət, İqtisadiyyat kimi 12 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə edəcəklər. Müxtəlif sahələr üzrə komitələrin birgə əməyi nəticəsində hazırlanmış qətnamə avqustun 11-i və 12-də ADA Universitetində baş tutacaq Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Parlamentinə gənclərin səsi olaraq təqdim olunacaq.

Eyni zamanda, tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkili üçün müxtəlif mədəni proqramların, axşam fəaliyyətlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, "Avropa Şəhərciyi” (Eurovillage) zamanı 35 ölkədən olan iştirakçılar öz mədəniyyətlərini təmsil edən stendlər qurur, ölkələrinə məxsus mətbəx və mədəniyyət nümunələrini sərgiləyirlər. Bu kimi tədbirlər öz növbəsində Azərbaycan mədəniyyətini avropalı gənclərə tanıtmaq üçün unikal fürsətdir.

Beynəlxalq Sessiyanın rəsmi bağlanış mərasimi avqustun 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol