• $
  • €
  • ₽
  • ₺
  • £

XİN sözçüsü Litvalı nazirə cavab verib

XİN sözçüsü Litvalı nazirə cavab verib
09.08.2023 15:38
Son üç ildə Laçın yolu sui-istifadə edilsə də, Litva buna cavab olaraq susqunluq nümayiş etdirib. Bunu Azərbaycanın xarici işlər nazirinin sözçüsü Ayxan Hacızadə deyib. 
 
Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi avqustun 8-də Ararat Mirzoyanla telefon danışığında Laçın yolunun "bağlanmasını humanitar nəticələrə səbəb olacağını" açıqlayıb. 
 
Avqustun 4-də Kanada Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə humanitar vəziyyətin pisləşməsindən narahatlığını bildirib və Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyə çağırıb. 
 
Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar.  Separatçı rejimin rəhbəri Araik Arturyuan  iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 

2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol