• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza sadələşdirilməsinə dair məlumat yayıb

XİN Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza sadələşdirilməsinə dair məlumat yayıb
09.08.2023 19:28

Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb.

Nazirlikdən verilən  xəbərə görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

ASAN VİZA
"ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. "ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Həmçinin "ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında "ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.

Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏTƏNDAŞLARINA BİRDƏFƏLİK ELEKTRON VİZA RƏSMİLƏŞDİRİLƏN ÖLKƏLƏRİN SİYAHISI

Ölkənin adı
Rəsmiləşdirilən vizanın müddəti

1.Oman
30 gün

2.Səudiyyə Ərəbistanı Krallığı
30 gün

3.Bəhreyn
30 gün

4.Küveyt
30 gün

5.Yaponiya
30 gün

6.İndoneziya
30 gün

7.Çin Xalq Respublikası
30 gün

8.Koreya Respublikası
30 gün

9.Malayziya
30 gün

10.Sinqapur
30 gün

11.İsrail
30 gün

Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:

Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.

Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.

Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).

Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol