• $
  • £

Həbsdə olan Nazim Bəydəmirli prezidentə müraciət edərək günahsız olduğunu deyib

Həbsdə olan Nazim Bəydəmirli prezidentə müraciət edərək günahsız olduğunu deyib
10.08.2023 14:35
Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli Söyüdlü hadisələri ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. Bu barədə onun vəkili Aqil Layıc bildirib. 
 
"Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşdüm. Özünü ekologiya məhbusu hesab edir və hesab edir ki, həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir və hazırki ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır.  Qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır. Ölkə başçısına müraciət edərək bəyan edir ki, onun Söyüdlü ilə bağlı hadisələrdə heç bir əlaqəsi olmayıb və ona verilən informasiya düzgün deyil", - vəkil facebook hesabıında bildirib. 
 
Bəydəmirli haqqında iyulun 5-də Nərimanov məhkəməsi 4 aylıq həbs qərarı çıxarıb. 
 
İyulun 10-da həbsdə olan Nazim Bəydəmirliyinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilib.
 
DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis orqanlarına adının açıqlanmadığı vətəndaş tərəfindən ərizə daxil olub.
 
"Həmin ərizəyə görə, Nazim Bəydəmirli vətəndaşdan 50 min manat pul tələb edib və əks halda onun barəsində rüsvayedici görüntülər yayacağını bildirib.  Şikayətçi cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə bağlı  rüsvayedici görüntülər yayacağı ilə hədələyib",  -  DİN mətbuat xidmətinin açıqlamasında bildirilib.  
 
Bundan əvvəl Nazim Bəydəmirli bildirib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər.
 
Milli Məclisin iyunun 23-də keçirilən iclasında millət vəkili Elman Nəsirov da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların təşkilatçılarından birinin  Nazim Bəydəmirli olduğunu bildirib.  
 
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.  
 
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol