• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin vəziyyəti yenidən pisləşdi

Saakaşvilinin vəziyyəti yenidən pisləşdi
10.08.2023 15:13
Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti pisləşməyə davam edir. Bu barədə məlumatı Qafqazinfo Gürcüstanın Ombudsman aparatına istinadan yayıb. 

Məlumata görə, buna səbəb onun keçirdiyi aclıq aksiyasıdır. 

Bildirilib ki, ölkə Ombudmanı tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı "Vivamed” klinikasının təqdim etdiyi sənədləri təhlil edib və öz qiymətləndirməsini verib. Qeyd olunub ki, keçmiş Prezidentin qanında leykositlərin azalması aşkar edilib ki, bu da, sümük iliyində olan problemlə əlaqədar olduğu ehtimal edilir. 

Sabiq Prezidentin müalicəsinin davam etdirildiyi qeyd olunub. 

Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə "Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol