Ermənilərin 30-dək texniki vasitəsi sıradan çıxarılıb- Rəsmi
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərinə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək