• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda buğdanın qiyməti bahalaşacaqmı?

Azərbaycanda buğdanın qiyməti bahalaşacaqmı?
24.08.2023 17:36
Rusiya avqustun 23-dən ölkədən buğdanın ixrac rüsumunu bir ton üçün 4269,9 rubla qədər artıracaq. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
 
Hazırda Rusiyadan buğda və meslin (buğda və çovdarın qarışığı) üçün ixrac rüsumu 3712,8 rubldur.
 
Kənd  təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, Rusiyada bu rüsumların qalxması Azərbaycanda buğdanın qiymətinə təsir göstərsə belə, bu, çox cüzi xarakter daşıyacaq.
 
"Azərbaycanda onsuzda taxılın qiyməti yüksəkdir. İndiki halda hökumət buğdanın tonunu 450 manatdan qəbul edir. Bu da o deməkdir ki, Rusiyadan gətirilən buğdanın qiyməti təxminən indiki ilə eyni olacaq. Azərbaycanda çörəyin qiymətində artım daha əvvəl baş verib. Zavod çörəyindən çox az sayda insanlar istifadə edir, əsasən coxlu çeşiddə çörək istehsal olunur və bu çörəklərin də qiyməti çox baha olur. Məncə Rusiyada bu rüsumların qalxması Azərbaycanda buğdanın qiymətinə təsir göstərsə belə, bu, çox cüzi xarakter daşıyacaq. Amma qiymətin qalxacağını dəqiq demək mümkün deyil. Hal-hazırda dünyada taxıl istehsalı yetərincədir. Qara dəniz ətrafında baş verən hadisələrlə bağlı olaraq Rusiya çalışır ki, gəlirlərini müəyyən qədər artırsın, digər sahələrdə isə bu mümkün deyil. Rusiya iqtisadiyyatı hal-hazırda çətin dövrünü yaşayır. Sənaye istehsalı və digər sahələrdə azalma var. Ona görə də bu yolla o problemləri konpensasiya etməyə çalışır. Rusiyanın dünya bazarında payı çox yüksəkdir, bu da ümumi dünya bazarındakı qiymətə nisbətən təsir edə bilər. Hansı ki, ötən ildə belə hadisə baş vermişdi. Rusiya rəhbərinin Türkiyə prezidenti ilə görüşü gözlənilir. Ola bilsin ki, bu görüşdən sonra, Qara dəniz ətrafında mövcud olan gərginlik aradan qaldırılacaq, yaxud da buğdanın ixracı üçün digər yollar axtarılacaq", - ekspert deyib.
 
İqtisadçı ekspert Xalid Kərimli isə bildirir ki, bu qərar Azərbaycanda daxili bazarda satılan buğda ununun qiymətinə birbaşa təsir göstərəcək.
 
"Rusiyada buğda ununa rüsümun artırılması Azərbaycanda daxili bazarda satılan buğda ununun qiymətinin qalxmasına birbaşa təsir göstərəcək, bu, birmənalıdır. Çünki, Azərbaycanda hal-hazırda ərazlıq buğdanın 75 faizi idxal olunur və onunda əhəmiyyətli hissəsi Rusiyadan gəlir. Bu da onu deməyə imkan verir ki, Rüsiyadan gələn unun qiyməti bahalaşacaq, amma çörəyin qiyməti isə indiki fazada bahalaşmayacaq”, - iqtisadçı ekspert bildirib.
 
Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.
 
Eltac Nurullazadə
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol