• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamın kəndlərinə elektrik xətlərinin çəkilişinə başlanacaq

Ağdamın kəndlərinə elektrik xətlərinin çəkilişinə başlanacaq
29.08.2023 11:45
"Azərişıq” ASC-nin Ağdamın kəndlərinə 35 kV-luq kabel xətlərinin çəkilişinə başlanacaq. Bu barədə "Azərişıq”dan bildirilib.
 
Bildirilib ki, şəhər mərkəzinin elektrik təchizatı üçün 35 kv-luq hər birinin gücü 4x2500 kVA olan iki ədəd transformator yarımstansiyasının tikintisi başa çatıb. Əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilişi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə 35 kV-luq elektrik xətlərinin çəkilişi isə yaxın müddət ərzində başlanacaq.

Qarabağın işğaldan azad edilmiş ərazilərində "Azərişıq"  ASC-nin 932 abonenti var. Onlardan 387-i əhali, 279-u isə  qeyri-əhali qrupuna aid abonentlərdir.

Azərişıq” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov anews.az-a açıqlamasında bildirib ki, hazırda Qarabağa köçürülən Azərbaycan vətəndaşları bu siyahıya daxil deyil. Çünki indiki mərhələdə onların ödənişləri dövlət tərəfindən ödənilir.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol