• $
  • £

XİN Paşinyana cavab verdi

XİN Paşinyana cavab verdi
02.09.2023 12:43

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın bəyanatına dair şərhində əksini tapıb.

Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur.

Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır.

Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçılarının keçirdiyi saxta "müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi hər kəsə məlumdur.

"Dağlıq Qarabağın” "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır.

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.

Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb.
Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.

Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol