• $
  • £

2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planları var- NAZİR

2030-cu ilə daha 5 QVt-lıq layihələrin reallaşdırılması planları var- NAZİR
06.09.2023 10:40
Azərbaycan 2030-cu ilə "yaşıl enerji" gücünü 5 QVt-lıq layihələrin reallaşdırılması nəzərdə tutulub. Bunu energetika naziri Pərviz Şahbazov Çində "Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışı zamanı bildirib.

"Hazırkı keçidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir:Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatanlıq və davamlılıqdan ibarət hər üç elementini nəzərə almalıdır. Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investiyalara, aydın baxış və möhkəm əməkdaşlığa ehtiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstəkləməliyik”,-nazir bildirib.
 
Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 %-dən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 %-i isə günəş və külək enerjisinin payına düşüb.
 
Ümumilikdə ötən ilin sonunda dünyada bərpa olunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib, bu isə ümumi qlobal qoyuluş güclərinin üçdə biri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji hələ də 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahibdir.
 
Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri "yaşıl enerji” zonası elan edib. 2021-ci ildə dövlət başçısının iştirakı ilə bəhs olunan ərazilərdə yenidən qurulan bir neçə su elektrik stansiyası istifadəyə verilib.
 
Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol