• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
01.10.2026 09:51

Transxəzər Beynəlxalq Ticarət Marşrutu (Orta Dəhliz) bütün Avrasiya üzrə ticarət əlaqələrini əhəmiyyətli dərəcədə dəyişdirmək potensialına malikdir. Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon  deyib.

Onun sözlərinə görə, marşrut Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazı ABŞ və Avropa bazarları ilə əlaqələndirir və onun tam reallaşdırılması marşrutun keçdiyi bütün ölkələrə fayda verə bilər.

“Bu ticarət marşrutu sadəcə infrastruktur deyil. O, iqtisadiyyatlar, əhali və sizin gələcəyiniz arasında körpüdür”, - Karlon deyib.

O bildirib ki, ABŞ regional bağlantının genişləndirilməsini prioritet hesab edir və Transxəzər Müəssisə Fonduna 201 milyon dollar ayrılması da bu istiqamətdə atılan addımlardandır.

“ABŞ CAMCA regionunu böyük iqtisadi və insan potensialına malik məkan kimi görür”, - deyə Karlon qeyd edib.

ABŞ rəsmisi həmçinin 2026-cı ilin fevralında ABŞ vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın enerji, ticarət və tranzit, süni intellekt və rəqəmsal infrastruktur, eləcə də təhlükəsizlik və müdafiə sahələrini əhatə etdiyini bildirib.

Karlon 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etdiyini və görüşdə sülh sazişinin ilkinləşdirildiyini də xatırladıb.

O, CAMCA proqramının müxtəlif ölkə və peşə sahələrindən olan gənc mütəxəssisləri bir araya gətirdiyini, bu əlaqələrin regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol