• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev - Azərbaycan sülh istəyir

Hacıyev - Azərbaycan sülh istəyir
06.09.2023 15:00
Azərbaycan sülh müqaviləsi imzalamaqla regionda qarşıdurma və zülmlərlə bağlı səhivəni çevirmək istəyir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
 
"Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar. Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq”, - Hacıyev "Arab News”a müsahibəsində deyib.
 
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar 

 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol