• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Ermənistanın ona uzanan sülh əlinə müsbət cavab verəcəyinə inanır - Zeki Aktürk

Türkiyə Ermənistanın ona uzanan sülh əlinə müsbət cavab verəcəyinə inanır - Zeki Aktürk
14.09.2023 15:21
Türkiyə Ermənistanın ona uzadılan sülh əlini sıxacağına və Qafqaz regionunun sülh yolunda inamlı addımlarla gələcəyə doğru addımlayacağına ümid edir. Bunu Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi növbəti mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məsul Zeki Aktürk Qafqazda sülhdən danışarkən deyib. 

Zeki Aktürk Türkiyənin Azərbaycana bütün sahələrdə dəstəyini davam etdirəcəyini vurğulayıb.
 
Sentyabrın 13-də Rəsmi Bakı Ermənistana sülh sənədi ilə bağlı yeni şərhlərini göndərdiyini açıqlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan sənədi aldığını təsdiqləyib və sən üzərində işlədiklərini söyləyib. 
 
Bundan əvvəl Rəsmi Bakı və Ermənistan arasında sülh müqaviləsi sənədi üzərində bir necə təkliflər planı hazırlanıb. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev daha əvvəl açıqlamasında vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh sənədinin 70%-ni əldə etmişdi, lakin Ermənistan prosesə müdaxilə etdi və sülhdən yayındı. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə,  sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. 
 
Gülnar


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol