• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev itkin düşmüş şəxslərlə bağlı yeni mexanizm hazırlanmasını təklif edib

Əliyev itkin düşmüş şəxslərlə bağlı yeni mexanizm hazırlanmasını təklif edib
18.09.2023 15:08
Azərbaycan prezidenti İlham Əliyev BMT sistemində silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizm yaradılmasını təklif edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
 

"Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin problemi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq diqqəti artırmaq üçün ciddi addımlar atıb.  Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var. Azərbaycan hər iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürür", - Prezident sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.

Azərbaycan Prezidenti qeyd edib ki, 1990-cı illərin əvvəllərində gedən birinci Qarabağ müharibəsi zamanı respublikanın 3890 vətəndaşı itkin düşüb.
 
Onun sözlərinə görə, onlardan 872 nəfərin əsir və girov götürüldüyünə dair təkzibolunmaz sübutlar var.
 
Ermənistan beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycana itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri barədə məlumat vermir. Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir ki, itkin düşənlərin və kütləvi məzarların taleyi ilə bağlı Azərbaycan tərəfini məlumatlandırsın. Bu, sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir", - Əliyev söyləyib. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol