• $
  • €
  • ₽
  • ₺
  • £

“Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür- Hüquq müdafiəçisi danışdı

“Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür- Hüquq müdafiəçisi danışdı
20.09.2023 15:58
Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin- "Əsrin müqaviləsi”-nin  bağlanmasından 29 il ötür.
 
Bu gün həmçinin neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.
 
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı söyləyir ki, Azərbaycanda neftçilərin əmək qanunvericiliyi kobud surətdə pozulur. 

"Əsrin müqaviləsi bağlanandan bu günə kimi bütün layihələrdə iştirak etmişəm və onlar haqqında danışa bilərəm.. O vaxtlardan bəri Azərbaycan neftçilərinin hüquqları doğru düzgün qorunmur. Elə bil proseslər yaxşılaşdırılmaqdansa, işçilərin əmək qanunvericiliyinə görə uyğunlaşdırmaqdansa əksinə insan faktoru geri çəkilir. Xarici ölkələrlə müqayisədə Azərbaycanda buna diqqət yetirilmir. Digər ölkələrdə buna xüsusi diqqət yetirilir. Əgər qəza baş verərsə, işçi əvvəl özünü sonra yoldaşını, daha sonra əmlakları qorunmalıdır. Çox təssüflər olsun ki, bu işdə peşəkarlar uzaqlaşdırılır. Qeyri peşəkarlar işə cəlb olunurlar",- hüquq müdafiəçisi əlavə edib.
 
Azərbaycanın mərhum eks prezidenti Heydər Əliyev 2001- ci il avqustun 16 avqust fərmanı ilə bu gün rəsmiləşdirilib.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” neft yataqlarının və "Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi” imzalanıb. "Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.
 
Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol