• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib
23.09.2023 11:11
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda məktub ünvanlayıb.

Məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk.
Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır. Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm.
Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Siyasət 18:57
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Siyasət 18:08
Ceyhun Bayramov Albaniyalı həmkarı ilə Ermənistanla sülh səylərini müzakirə edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol