• $
  • €
  • ₽
  • ₺
  • £

Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi

Abdolbari Gozal “Qarabağ”ı təbrik etdi
25.09.2023 10:24
"Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, "Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal komandamızın rəhbərliyi ilə görüşüb. 

Görüşdə klubumuzun vitse-prezidenti Fevzihan Aras, direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev iştirak edib.


Fəxri prezident "Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə düşməsini böyük uğur kimi qiymətləndirib. Norveçin "Molde” klubunu 1:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinin I turunda qələbə qazanan ilk Azərbaycan klubu olmasına toxunan Abdolbari Gozal "Qarabağ”ı bu uğurlar münasibətilə təbrik edib.


O, Asif Əsgərovu Avropa Klublar Birliyinin (European Club Association) 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olan funksionerə uğurlar arzulayıb. Fəxri prezident klubumuzun artıq təkcə futbolçu deyil, idarəçilər də yetişdirməsini fəxrlə vurğulayıb. 


Abdolbari Gozal görüşün sonunda İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini verib, komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol