• $
  • £

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib
30.09.2023 09:41
Lənkəran rayonunun Siyablı, Əşlə, Təngivan və digər kəndlərinin ərazisindəki meşə massivindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qaranın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olmuş müraciətlər əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri Ələddin Sultanov, qohumu İlkin Sultanov və Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Babayev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq meşəlik ərazidən ayrı-ayrı vaxtlarda ümumilikdə 17 vətəndaşa məxsus 20 baş iribuynuzlu heyvanı oğurlayıblar. Oğurladıqları mal-qaranı Salyan, Cəlilabad və Masallı rayonlarının ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar.
 
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 00:15
Bu ərazilərdə qaz olmayacaq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:44
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Cəmiyyət 21:12
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Binəqədi rayonu ərazisində yanğın baş verib
Cəmiyyət 19:45
Binəqədi rayonu ərazisində yanğın baş verib
Bakıda külək nəticəsində 15 ağac sınıb
Cəmiyyət 19:00
Bakıda külək nəticəsində 15 ağac sınıb
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
Cəmiyyət 18:54
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
"Azneft" İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Cəmiyyət 18:43
"Azneft" İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Paytaxtda motosiklet qaçıran 2 yeniyetmə saxlanıldı
Cəmiyyət 18:00
Paytaxtda motosiklet qaçıran 2 yeniyetmə saxlanıldı
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 17:50
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol