• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı hava limanı Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin ilk reysini qarşılayıb

Bakı hava limanı Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin ilk reysini qarşılayıb
30.09.2023 15:30
Sentyabrın 30-dan etibarən "Aegean Airlines” Afinadan Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
 
Yunanıstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

"Heydər Əliyev Beynəlxalq Aeroportu bütün səyahətçilər üçün yüksəkkeyfiyyətli xidmət, komfortlu şərait yaratmağa çalışır və daha çox aviaşirkətin cəlb edilməsi inkişaf strategiyamızın mühüm hissəsidir. Əminik ki, Yunanıstan aviadaşıyıcısı ilə əməkdaşlığımız uğurlu və sərnişinlərimiz üçün perspektivli olacaq”, - deyə hava limanının direktoru Teymur Həsənov bildirib.

Şirkətin məlumatında deyilir ki, Afina ilə Bakı arasında reyslər həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu uçuşların gecə saatlarında həyata keçirilməsi sərnişinlərə daha rahat vaxt intervalları ilə aviadaşıyıcının geniş marşrut şəbəkəsindən seçim imkanı verir.

Qeyd olunub ki, "Aegean Airlines” sərnişinlərə Kipr, Balkan və Qərbi Avropa ölkələri, həmçinin Krit, Santorini, Mikonos və digər məşhur yunan adaları daxil olmaqla 80-dən çox istiqamətdə uçuşlar təklif edir.

Aviadaşıyıcının rəsmi www.aegeanair.com internet saytında, həmçinin aviaşirkətin satış ofislərində ətraflı cədvəllə tanış olmaq və aviabiletləri bron etmək mümkündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 23:52
Bu ərazilərdə qaz kəsiləcək
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:16
Sabah bu ərazilərdə işıq olmayacaq
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:38
Sabunçuda yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
Cəmiyyət 20:30
Lerikdə iki yol qəzasında üç nəfər xəsarət alıb
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Cəmiyyət 18:55
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Sabah Masallının 5 kəndində qaz olmayacaq
Cəmiyyət 18:08
Sabah Masallının 5 kəndində qaz olmayacaq

Qaradağda ağır qəza -4 nəfər ölüb
Cəmiyyət 17:11
Qaradağda ağır qəza -4 nəfər ölüb

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Cəmiyyət 15:18
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Cəmiyyət 15:04
Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol