• $
  • €
  • ₽
  • ₺
  • £

Anton Hofreiter Azərbaycana qarşı sanksiya olmasını təklif edib

Anton Hofreiter Azərbaycana qarşı sanksiya olmasını təklif edib
02.10.2023 14:32
Bundestaqın (Almaniya Parlamenti) Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter Qarabağ ətrafındakı vəziyyətlə bağlı Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə Tacc agentliyi yazıb. 

"Azərbaycanla qaz tədarükü müqavilələri dərhal nəzərdən keçirilməlidir. Avropa İttifaqı tezliklə Bakıya qarşı cəza tədbirləri ilə bağlı qərar qəbul etməlidir", - nəşrdə qeyd edilib. 

 Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib. 
 
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır. 

Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol