Ararat Melkumyanın saxlanıldığı deyilir
Separatçı rejimin "Milli Təhlükəsizlik Xidmətinin direktoru" Ararat Melkumyan Həkəri körpüsünün yaxınlığında saxlanıldığı bildirilir. Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Azərbaycan tərəfi Melkumyanın saxlanılması ilə bağlı hələlik açıqlama verməyib.
Separatçı rejimin "prezident müşaviri" Davit Babayan Azərbaycana təslim olmaq üçün Xankəndindən Şuşaya gəldiyini açıqlayıb. Bundan sonra o Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Sentyabrın 27-də Qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardaryan Laçın dəhlizini keçmək istəyərkən Azərbaycan Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən saxlanılaraq Bakıda aidiyyatı quruma təhvil verilib. Ona cinayət bir sıra maddələrlə cinayət işi açılıb.
Qondarma rejim yanvarın 1-dən özünü buraxması ilə bağlı qərar qəbul edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək