• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 29 ölkənin qatıldığı “Artemis” Ay proqramına daxil deyil-Yama Kama

Azərbaycan 29 ölkənin qatıldığı “Artemis” Ay proqramına daxil deyil-Yama Kama
03.10.2023 13:08
Azərbaycan  Ayda tədqiqatlar aparılması üçün həyata keçirilən 29 ölkənin "Artemis” Ay proqramına daxil deyil. Bunu  Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə baş tutan mətbuat konfransında Yaponiya kosmik agentliyi JAXA-nın prezidenti Yama Kama bildirib.

"Azərbaycan həyata keçiriləcək tədqiqatlar üçün "Artemis” layihəsinə daxil deyil ancaq istərdik ki, bu layihəyə daxil olsun. Burada 29 ölkə iştirak edir"
"Artemis” Ay proqramının prioritet həmsədrləri JAXA, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Polşa Kosmik Agentliyidir.

2022-ci ildə ABŞ Aerokosmik Agentliyinin (NASA) Aya qayıtması layihəsi olan SLS-Orion kosmik gəmisi "Artemis 1" orbitə buraxılıb.

NASA-nın Dərin Kosmos Tədqiqat Sistemlərinin ilk inteqrasiya olunmuş uçuş testini reallaşdıracaq "Artemis 1" uçuşu müvəffəqiyyətli olarsa, NASA astronavtları 2024-cü ildə Ayın ətrafında uça, 2025-ci ildə isə Aya enə biləcəklər.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol