• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vəkilləri İngiltərədə “Hüquq İli”nin rəsmi açılış mərasimində iştirak edib

Azərbaycan vəkilləri İngiltərədə “Hüquq İli”nin rəsmi açılış mərasimində iştirak edib
03.10.2023 17:23
Cari ilin 1-2 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə "Hüquq İli”nin açılış mərasimində iştirak etmək üçün London şəhərinə rəsmi səfərə gedib.

Səfərdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvi Elçin Usub da iştirak edib.

Tədbirin gündəliyinə uyğun olaraq 1 oktyabr 2023-cü il tarixində Vəkillər Kollegiyaları rəhbərlərinin müzakirələri baş tutub.

Müzakirələrin məqsədi müasir və daim inkişaf edən hüquq sahəsində vəkillik peşəsinin müstəqilliyini təmin etmək və qorumaq, beynəlxalq və yerli hüquqda hüquq peşəsinin müstəqilliyini daha da gücləndirməkdir.

Tədbir çərçivəsində Vestminster abbatlığına səfər baş tutub, habelə Lord-kansler tərəfindən Parlament Evində rəsmi qəbul təşkil olunub.

"Hüquq İli”nin açılış mərasimində İUVK-nın prezidenti Nick Vineall, İUHC-nin prezidenti Lubna Shuja, Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Panagiotis Perakis, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK-nın sədri Anar Bağırovla beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə İUHC və İUVK çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Daha sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.

 2019-cu ildə ARVK ilə İUHC arasında əldə olunmuş razılığa əsasən, artıq ARVK üzvləri - vəkillər Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol