• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı

Kapital Bank-ın “Data workshop” tədbirinə qeydiyyat başladı
05.10.2023 12:33
Ölkənin birinci bankı Kapital Bank-ın "SUP.VC” şirkəti ilə birlikdə başlatdığı müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı layihənin 2-ci tədbiri "Data workshop” mərhələsinə qeydiyyat başladı. İki gün ərzində keçiriləcək tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən yüksək dayanıqlı məlumat bazaları ilə bağlı 4 müxtəlif mövzuda vörkşop  keçiriləcək. Vörkşopda iştirakçılara real biznes tapşırıqları veriləcək, tapşırıqlar üzərində müzakirələr, analizlər aparılacaq və həll yolları təqdim ediləcək. 

Tədbirin ilk günü, 16 oktyabr tarixində ekspert "Infortius Bilisim” konsultasiya şirkətinin təsisçisi Özer Günal olacaq. O, "Garanti BBVA” bankı kimi bankçılıq, sığorta, tibbi maliyyə və e-ticarət sektorunda böyük məlumatların idarə edilməsi, yönləndirilməsi üzrə beynəlxalq təcrübəyə sahibdir. 

Data texnologiyaları sahəsindəki ən son yeniliklər isə Kapital Bank-ın Data menecment idarəsinin data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyevlə müzakirə ediləcək. O, texnoloji səyahətinə "Moskva Sillikon Vadisi Skolkovo” da innovativ startapda başlayıb. Ölkəmizdə bir neçə böyük şirkətin komandasında yer alıb. IBM-də fəaliyyəti zamanı bir çox transformasiya layihələrinə rəhbərlik edib. Paşa Bank, Sber Bank, Unikredi Bank və Aeroflot kimi tanınmış şirkətlər üçün konsaltinq xidməti göstərib.  

Tədbirin ikinci günü 17 oktyabr tarixində isə beynəlxalq ekspert "Venom Analitiks” şirkətinin rəhbəri Bora Sezen olacaq. O, "KOÇ Group”, "Tanı” CRM firmalarında dataların idarə olunması üzrə rəhbər vəzifələrdə çalışıb. Pərakəndə, maliyyə, enerji sektorunda böyük məlumatların idarə olunması üzrə geniş təcrübəsi olan Bora Sezen iştirakçılarla "Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi” mövzusunda biliklərini paylaşacaq. 

"Verilənlərin səyahətini necə izləməli və anlamalı” mövzusunda isə ekspert Mahir M.Quluzadədir. Bu sahədə  20 ildən çox təcrübəyə malik həmyerlimiz "Oracle Open World” (ABŞ), "UKOUG Tech 2018 -2019” (Böyük Britaniya), "DOAG 2018” (Almaniya) kimi beynəlxalq texnologiya konfranslarında verilənlər bazası sahəsində müxtəlif mövzularda çıxışları ilə yadda qalıb. 2015-ci ildə "Oracle” şirkəti tərəfindən "Oracle ACE” mükafatına layiq görülüb. 2019-cu ildə işində göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən "Tərəqqi Medalı” ilə təltif olunub. Hazırda Mərkəzi Bankda verilənlər bazası administratorları komanda lideri və böyük-mühəndis proqramçı kimi fəliyyətini davam etdirir. 

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir: https://dataevents.az. Qeydiyyat sayının məhdud olduğu layihə iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə yanaşı, verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.

Ünvan: Holiday Inn Baku (Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi)

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol