Qəzzada bütün xəstəxanalar iki gün ərzində bağlana bilər

Qəzza zolağında fəaliyyət göstərən bütün xəstəxanalar yanacaqla təmin olunmasa, iki gün ərzində bağlana bilər.
"Əl-Ərəbiyyə" telekanalınįn verdiyi məlumata görə, bu barədə Fələstinin səhiyyə naziri Mai əl-Keyla deyib.
"Əgər 48 saat ərzində yanacaq çatdırılmasa, Qəzza zolağında bütün xəstəxanalar fəaliyyətini dayandıracaq. Hazırda 25 xəstəxana yanacaq çatışmazlığı və top atəşinə tutulduğu üçün xidmət göstərməyi dayandırıb və yalnız 10 xəstəxana işləyir", - əl-Keyla bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər