• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank mobil tətbiqlərlə bağlı yeni qaydalar hazırlayır - Rəsmi

Mərkəzi Bank mobil tətbiqlərlə bağlı yeni qaydalar hazırlayır - Rəsmi
29.11.2023 16:54
Mobil tətbiqlərdə köçürmələrin təhlükəsizliyini tmin etmək üçün Mərkəzi Bank "Gücləndirilmiş müştəri identifikasiya qayda”ları ilə bağlı layihə üzərində çalışır.  Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.  
"Mərkəzi bank mobil bankçılıqla bağlı məsələləri "Banklarda İnformasiya təhlükəsizliyinin təmin olunması qaydaları” və "Bankların daxili informasiya təhlükəsizliyi qaydaları” ilə tənzimləyir. Həmin əməliyyatların təhlükəsizliyini təmin etmək üçün hazırda "Gücləndirilmiş müştəri identifikasiya qaydası” layihəsi üzərində işləyirik.  Qanunu  təsdiq üçün təqdim edəcəyik. Bu qanunla mobil tətbiqdə qeydiyyatdan keçən zaman bankın müştərini kart sahibi olaraq necə eyniləşdiriləcəyi müəyyən ediləcək. Xüsusi identifikasiya elementləri hazırlanıb və artıq yalnız müştərinin müəyyən edilməsi üçün 2 elementdən istifadə ediləcək. Bu biometrik  (müştəriyə məxsus), bilik (müştərinin bildiyi), sahiblik kateqoriyası üzrə (müştərinin sahib olduğu hər hansı token, telefon nömrəsi) oidentifikasiya tətbiq edəcəyik”, - o, noyabrın 29-u ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik təlimdə çıxışı zamanı qeyd edib. 
  
Rəşad Qasımov bildirir ki,  bu qaydalara görə,  mobil tətbiqdə hər hansı əməliyyat aparıldığı zaman identifikasiya prosesi uzanarsa və bu proses 5-10 dəqiqə çəkərsə  həmin əməliyyat avtomatik bloklaşacaq və  aparılmayacaq. 
 
"Eyni zamanda riskli ölkələr üzrə müəyyən məhdudiyyətlər qoyulacaq. Banklar üçün də hazırda  xüsusi tələb (monitorinq sistemi) var və xidmətlərdə tətbiq edirik. Bu "Proses fəaliyyətinin tənzimlənməsi üzrə qaydalar”da mövcuddur. Birbaşa olaraq proses fəaliyyəti kart məlumatları emalının saxlanması üzrə olan qaydalardır. Həmin kart tipli məlumatların emalını həyata keçirən təşkilatların birbaşa olaraq real rejimdə monitorinq sistemi olmalıdır və  köçürənin məlumatları, risk qruplarnın məlumatları orada qeyd edilməldir”, - mütəxəssis əlavə edib.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol