• $
  • €
  • ₽
  • ₺
  • £

Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
01.10.2026 10:36

Düzgün investisiya və səmərəlilik tədbirləri sayəsində 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarət dövriyyəsi üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər. Regionda sülh prosesi və Zəngəzur dəhlizi (TRIP marşrutu) əlaqələndirməni real maliyyələşən layihələrə çevirir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA Regional Forumunda bildirib.

Onun sözlərinə görə , dəhlizlər yalnız yük deyil, enerji və rəqəmsal axınları da əhatə edir.
 

"Cənub Qaz Dəhlizindən sonra Qara dəniz sualtı kabeli, Xəzər Yaşıl Enerji Dəhlizi və bir aya istismara veriləcək Azərbaycan-Qazaxıstan Transxəzər fiber-optik xətti bu zənciri tamamlayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv olması fonunda hədəf regional ticarəti 20 milyard dollara çatdırmaq və "Made in Central Asia" brendi altında birgə istehsal qurmaqdır", - nazir bildirib.

Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə yaradılan, Azərbaycanın ən azı 50% paya malik olduğu investisiya fondları vahid iqtisadi məkan formalaşdırır.

Nazir bildirib ki, Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollar dəyərində 23 saziş imzalanıb,  "BlackRock", GIP və "Brookfield" kimi 30 trilyon dollarlıq aktivi idarə edən nəhənglər cəlb olunub.

Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı, süni intellekt üzrə 2025–2028 milli strategiyası və insan kapitalının inkişafı prioritet elan edilib.

2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın region ölkələri ilə ticarət dövriyyəsi 53% artaraq 1,8 milyard dollara çatıb. İqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Bakı indiyədək Qazaxıstan, Özbəkistan və Qırğızıstanla ümumi nizamnamə kapitalı yüz milyonlarla dollar təşkil edən birgə investisiya fondları təsis edib.

Eyni zamanda, 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın təşkilata tamhüquqlu tərəfdaş kimi qoşulması Bakının regional təhlükəsizlik, nəqliyyat və enerji layihələrindəki bağlayıcı rolunu institusional səviyyəyə qaldırıb.

Çin, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropaya uzanan Orta Dəhlizin ötürmə gücünün artırılması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində atılan addımlar sözügedən 20 milyard dollarlıq hədəfin əsas infrastruktur dayağı hesab olunur.

Aytac Zeynalova

N. Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol