• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank artıq Masallıda!

Yelo Bank artıq Masallıda!
30.11.2023 13:26
Yelo Bank artıq Masallıda!

Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bu dəfə Bank Masallıda rəqəmsal konseptli yeni filialını yerli sakinlərə təqdim etdi. Bankın digər filialları kimi "Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Masallı filialı da yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.

Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları xəzinə olmadan aparatlar vasitəsilə aparılır. Müştərilər nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər edə bilirlər. Yeni filial Masallı şəhəri, Heydər Əliyev prospekti 220 ünvanında yerləşir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov yeni filial ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, "Yelo-nun əsas missiyası Azərbaycanın hər bir guşəsinə parlaq bankçılıq təcrübəsini gətirməkdir. Biz Masallıdakı potensial sahibkarlığı dəstəkləmək məqsədilə onların ehtiyacına uyğunlaşdırılmış sürətli və səmərəli bank həlləri hazırlamışıq. Bu yeni filialımızla regionun böyüməsini dəstəkləmək, potensial biznes imkanlarını gücləndirmək və gündəlik bankçılığı hər kəs üçün daha sadə və əlçatan etməyi hədəfləmişik. Filialın rəqəmsal konseptli olmasının nağdsız ödənişlərin inkişafına təkan verəcəyinə də inanıram”.

Xatırladaq ki, bu il Yelo Bank Xaçmaz və Tovuz filiallarını da istifadəyə verib. Hazırda Yelo Bank-ın 19 filialı və bir özünəxidmət mərkəzi fəaliyyət göstərir. Bank ölkənin digər bölgələrində xidmət şəbəkəsini eyni konseptdə genişləndirməyə davam edəcək.

Aqro kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol