• $
  • €
  • ₽
  • ₺
  • £

Brazilya bu şərtlə OPEC+-a qoşula bilər

Brazilya bu şərtlə OPEC+-a qoşula bilər
01.12.2023 17:27
2024-cü ilin yanvarında Brazilya neft ixrac edən ölkələr siyasıhına qoşula bilər. Bu barədə Reuters ölkənin energetika naziri  Aleksandr Silveyra istinadan yazıb. 
 
Nazir bildirib ki, Braziliya təşkilatın neft hasilatını məhdudlaşdırmaq üzrə hərəkətlərində iştirak etməyəcək.

Noyabrın 30-da keçirilən iclasda OPEC+ alyansı təşkilatın bütün üzvləri üçün gündəlik neft hasilatının əlavə olaraq 1 milyon barel azaldılmasına razılıq verib 
Ekspertlərin fikrincə, bu qərarı alyans neft bazarına nəzarəti saxlamaq üçün verib.

Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol