• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müştərilərə verilən ödəniş kartlarının sayı artıb

Azərbaycanda müştərilərə verilən ödəniş kartlarının sayı artıb
04.12.2023 16:52
2023-cü ilin oktyabrında Azərbaycanda müştərilərə 16,21 milyon ödəniş kartı verilib.  Azərbaycanın əhalisi isə 10,12 milyon nəfərdir. Bu o deməkdir ki, ölkədə ödəniş kartlarının sayı əhalidən təxminən 60% çoxdur. Bu barədə Mərkəzi Bank xəbər verir. 

2023-cü ilin oktyabrında ödəniş kartlarının sayı  sentyabrın sonu ilə müqayisədə 1,7% artıb. 

Ödəniş kartlarının sayı ötən ilin sonu ilə müqayisədə 22,3%, son bir ildə isə 25,4% artıb.

Bu ilin noyabrında Azərbaycanda 6 bankda əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə yerləşdirilən əmanətlərin faizlərinə yenidən baxıblar.

Belə ki, 1 il müddətinə milli valyuta ilə qəbul edilən əmanətlərin illik faiz dərəcəsi "Azərbaycan Beynəlxalq Bankı”nda 6-6,5%-dən 8-9%-ə, "Expressbank”da 7,5-9,5%-dən 8-10%-ə, "Kapitalbank”da 6-6,5%-dən 8-9%-ə, "Unibank”da 7,5-10%-dən 7-9,5%-ə, "Yelobank”da isə 8-10,5%-dən 8-10%-ə dəyişdirilib.

Bundan başqa, 1 il müddətinə Amerika valyutası ilə yerləşdirilən əmanətlərin gəlirliliyi "Expressbank”da 2,25-2,3%-dən 2,3-2,5%-ə, "Kapitalbank”da isə 0,1%-dən 3-3,3%-ə dəyişdirilib. Həmçinin, "Rabitəbank”da avro ilə əmanət qəbulu dayandırılıb.

Qalan 17 bankda əmanət faizləri ötən ay sabit qalıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol