• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti ildən AÇG-dən bu qədər neft hasil olunacaq

Növbəti ildən AÇG-dən bu qədər neft hasil olunacaq
08.12.2023 12:40
2024-cü ildə  "Azəri-Çıraq-Günəşli” yataqları blokundan (AÇG) xam neft hasilatının həcmi 125,9 milyon barel olması proqnozlaşdırılır ki, bu da cari ilin proqnoz göstəricisinə nisbətən 7,7 milyon barel və ya 5,76% azdır. Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəydə bildirilib.

Cari ildə bu göstərici 133,6 milyon barel səviyyəsində proqnozlaşdırılıb.

AÇG üzrə son illərin proqnoz göstəricilərinə nəzər saldıqda 2015-ci il hasilat proqnozu ilə 2024-cü ilin hasilat proqnozu arasında təqribən 106,1 milyon barel və ya 45,7% azalma müşahidə edilib.
 
AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. Hazırda Böyük Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) layihənin səhmdarlarıdır.
 
"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

2022-ci ildə AÇG yataqlar blokunda təxminən 152 milyon barel (20 milyon ton) hasil edilib. Bu müqavilə sahəsindən 2022-ci ildə barellə neft hasilatı 9% azalıb. İstehsal 6 platformadan həyata keçirilir.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol