• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ bərpa olunan enerjinin bütün dünya üçün əlçətan olmasına çağırış edib

Aİ bərpa olunan enerjinin bütün dünya üçün əlçətan olmasına çağırış edib
09.12.2023 14:46
Avropa İttifaqı (Aİ) qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə çağırır, lakin bərpa olunan enerjinin bütün dünya üçün əlçətan olmasını zəruri hesab edir.

Bu barədə İspaniyanın Baş nazirinin müavini, ekoloji keçid və demoqrafik çağırışlar naziri Teresa Ribera BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

"Bu kritik onillikdə COP28 dönüş nöqtəsi olmalıdır... Biz enerjinin yeni formalarını işləyib hazırlayarkən qalıq yanacaqlardan uzaqlaşaraq effektiv keçidə yol açmalıyıq. Biz texnologiya və maliyyələşdirmə, həmçinin biliyə çıxışı təmin etməklə bütün ölkələri bərpa olunan enerji ilə təmin etməliyik”, - Aİ adından danışan T.Ribera deyib.

Cümə günü İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi qalıq yanacaqların gələcək istifadəsi üçün bir neçə variantı, o cümlədən onların mərhələli şəkildə ləğvi üçün müddəaları özündə əks etdirən COP28 yekun sənədinin layihəsini yayımlayıb.

Sənədin əsas bölməsində qalıq yanacaqlardan mərhələli şəkildə imtina ilə bağlı 4 yol təklif olunur ki, tərəflər yaxın günlərdə bunun üzərində müzakirələrə başlayacaq. Müqavilənin parametrləri üzrə yekun danışıqları aparan COP28 iştirakçıları təklif olunan yollardan birini seçməli və ya bəyənmədiklərini sənədin yekun versiyasından çıxarmalı olacaqlar.

COP28 dekabrın 12-dək davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol